?Sədərək? Ticarət Mərkəzində iki nəfər öldü

img

19-03-2009 [05:20]


Onlar söküntü işləri aparan ekskavatorun uçurduğu divarın altında qalıblar Bu gün səhər Bakıda Sədərək Ticarət Mərkəzində bədbəxt hadisə baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, ticarət mərkəzinin köçürülməsi ilə əlaqədar söküntü işləri aparan ekskavator divarı uçurarkən, iki nəfər dağıntıların altında qalaraq ölüb. Şahidlərin sözlərinə görə, ölənlərin hər ikisi yarmarkanın işçiləridir. Onlardan birinin satıcı işləyən 30-35 yaşlarında İldırım adlı şəxs olduğu bildirilir. Digərinin şəxsiyyəti isə bəlli deyil. Hadisə yerində olan müstəntiq və polis əməkdaşları məlumat verməkdən yayınıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA