Somalidə girov götürülən azərbaycanlının kimliyi məlum oldu

img

16-03-2009 [08:42]


BMT missiyasında çalışan Azərbaycan vətəndaşının Somalidə naməlum silahlı şəxslər tərəfindən girov götürülməsi faktı təsdiqlənib. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev APA-ya bildirib ki, girov götürülən şəxs BMT-nin İnkişaf Proqramının könüllüsü Mirağa Babayevdir. Səfir daxil olan məlumatlara əsasən, silahlı şəxslərin girovlara qarşı zor tətbiq etmədiklərini, onların özlərini yaxşı hiss etdiklərini deyib: ?Hazırda BMT-nin müvafiq qurumları girovların azad edilməsi istiqamətində əməli iş aparırlar. Bununla bağlı bütün əlaqələr işə salınıb?. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, artıq Azərbaycan vətəndaşı ilə bağlı insidentin araşdırılması üçün Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə, həmçinin Misirdəki səfirliyimizə XİN rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA