Binə Ticarət Mərkəzində 2000-dən artıq obyekt sökülüb

img

14-03-2009 [09:07]


BKARLARIN BƏZİSİ ONLARA VERİLƏN YENİ OBYEKTLƏRDƏ TƏMİR İŞLƏRİ APARIR ?BİNƏ Ticarət Mərkəzində təxminən 2000-dən artıq ticarət obyekti sökülüb. Sahibkarlara ticarət mərkəzinin digər ərazilərindən yer verilib. Artıq sahibkarların bəzisi həmin ərazidə öz vəsaitləri hesabına təmir işləri aparır?. Bu barədə obyekti sökülən sahibkar Vüqar Sadıqov məlumat verib. Onun sözlərinə görə, sökülməsi nəzərdə tutulan ticarət obyektlərinin sahiblərinin hamısına başqa ərazilərdən yerlər təklif edilib: ?Amma həmin ərazi ticarət üçün əlverişli deyil. Digər tərəfdən həmin ərazini təmir etmək sahibkarların üzərinə atılır. Buna görə də, bəzi sahibkarlar hazırda təmir işləri aparsa da, bir qrup malları anbarlara yığıb gözləyir. Yeni ərazidə alverin necə olacağı da şübhəlidir?. V.Sadıqov bildirdi ki, sökülən obyektlərin sahiblərinə kompensasiya verilməsi barədə hələlik heç bir məlumat verilmir: ?Hətta icarə haqqına görə güzəşt ediləcəyi də deyilmir. Əgər sahibkarların obyektləri sökülürsə, heç olmasa, onlara icarə haqqının ödənilməsində güzəşt edilməlidir. Bizdən isə mart ayının da icarə haqqı alınıb. Nəzərə almırlar ki, burada işləyən minlərlə insan evinə çörəkpulu qazanır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA