iran-Azərbaycan sərhədində daha bir narkobanda ələ keçdi

img

13-03-2009 [03:38]


Mütəşəkkil qrup ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib 2500 qrama yaxın narkotik maddəni ölkəyə keçirməyə cəhd edən dəstə zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsinin rəisi, ədliyyə polkovniki Azər İbrahimovun verdiyi məlumata görə, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına dövlət sərhədindən qanunsuz yolla narkotik vasitələrin keçirilməsilə məşğul olan mütəşəkkil qrup ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, Azərbaycan vətəndaşı Elşən Gəncəliyev İrandan əldə etdiyi 415 qram heroini, 1000 qram tiryəki və 935,55 qram həşiş qətranını satış məqsədilə fevralın 28-də qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirərkən saxlanılıb. Məlum olub ki, E.Gəncəliyevi narkotik vasitələrlə birlikdə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərinin arasında yerləşən qəbiristanlığın yaxınlığında Elşən Məmmədov qarşılamalıdır. Elnur Zeynalovun idarə etdiyi ?VAZ 21 07? markalı maşınla həmin əraziyə gedən Elşən Məmmədov və Vüqar Abdullayev də sərhədçilər tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. Təqsirləndirilənlər barəsində həbs qəti imkan tədbiri seçilib. Əməliyyat istintaq tədbirləri davam etdirilir. Azər İbrahimovun sözlərinə görə, həmin qrup ölkə ərazisinə narkotik maddələri dəfələrlə keçirməyə nail olub. O qeyd edib ki, dəstənin digər üzvləri məlumdur və onların zərərsizləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Elnur Zeynalov Ağdam, Vüqar Abdullayev Zəngilan, Elşən Məmmədov Beyləqan sakinidir, Elşən Gəncəliyev isə Qərbi Azərbaycandandır. A.İbrahimovun sözlərinə görə, dövlət sərhədinin pozulması və qaçaqmalçılıq hallarının qarşısının alınması üçün Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının müasirləşdirilməsi imkanları artmaqdadır: ?Bu dəstənin zərərsizləşdirilməsi Dövlət Sərhəd Xidmətinin infrastrukturunun təkmilləşdirilməsi, ən müasir texniki vasitələrin dövlət sərhədinin mühafizəsinə cəlb olunması və ardıcıl tətbiqi nəticəsində mümkün olub?. O qeyd edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, gənclərin bu əməllərdən çəkindirlməsi üçün bu cür cinayətlərə yol vermiş şəxslərin ciddi ictimai qınaq obyektinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA