Dövlət Dillər Universiteti məhkəmə qarzısında

img

12-03-2009 [04:25]


Universitetə qarşı məcburi dövlət sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia qaldırılıb Azərbaycan Ali Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri sığortaedənlərlə iş üzrə departamentinin Azərbaycan Dövlət Dillər Universitetinə (ADDU) qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib. Məhkəmədən Lent.az-a verilən məlumata görə, departament universitetdən məcburi dövlət sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia qaldırıb. Birinci və ikinci instansiya məhkəmələri iddianı təmin etməyib. Ali Məhkəmənin hakimi Zakir Quliyevin sədrliyilə keçirilən prosesdə Apellyasiya Məhkəməsinin 19.09.2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın baxılmadan saxlanılması barədə qərar qəbul olunub. Məhkəmədən iddia olunan borcun məbləği barədə məlumat verilməyib. Qeyd edək ki, DSMF növbəti dəfə iddia qaldırmaq istəsə, yenidən birinci instansiya məhkəməsinə müraciət etməlidir. Pərvin ABBASOV LENT.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA