Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Dazqın Gülməmmədov həbs edilib

img

11-03-2009 [08:09]


Dələduzluq maddəsi ilə axtarışda olan assambleya rəhbəri Bakıda saxlanıb Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının rəhbəri Daşqın Gülməmmədov həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, o, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. 32 yaşlı D. Gülməmmədov Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Bakı şəhərində saxlanılıb. Onun barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Səbail Rayon Polis İdarəsindən ANSPRESS-ə verilən məlumata görə, D. Gülməmmədov vətəndaşların şikayəti əsasında həbs olunub. O, vətndaşların etimadından sui-istifadə edərək onlara qarşı dələduzluq edib və pullarını mənimsəyib. İş üzrə hələlik 3 zərəçəkmiş məlumdur, dəymiş ziyanın məbləği isə hələlik dəqiqləşdirilməyib. Anar Məmmədov /ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA