Kürdəmirdə 3 nəfər ölüb

img

10-03-2009 [12:57]


Kürdəmir rayonunun Meyniman kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticxəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə RİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, ötən gecə saat 20.00 radələrində Kürdəmir rayonunun Meyniman kəndi ərazisində Yevlax rayon sakini Həmid Əfəndiyevin idarə etdiyi "VAZ-2107" markalı və Samux rayon sakini Siyavuş Məmmədovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşublar. Nəticədə H.Əfəndiyevin sərnişinləri, Oğuz rayon sakini Gülmayə Zakirova, Yevlax rayon sakinləri Fəridə Əfəndiyeva və Nizami Qurbanov hadisə yerində ölmüş, xəsarət almış H.Əfəndiyev və digər sərnişini, qızı Səba isə xəstəxanaya yerləşdiriliblər. Kürdəmir RPŞ tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA