Nobel mükafatı almaq istəyən erməni çinayətkar çıxdı

img

09-03-2009 [05:19]


O, FTB-nin agenti ilə birlikdə ABŞ-da silah qaçaqmalçılığı ilə məşğul imiş Dünən Nyu-York şəhərində Ermənistandan getmiş mühacirə 22 il həbs cəzası veriblər. O, silah qaçaqmalçılığında günahlandırılıb. Bu barədə ?Röyter? agentliyi məlumat yayıb. 30 yaşlı Artur Solomonyan Federal Təhqiqat Bürosunun informatoru ilə ünsiyyət qurub, avtomat və bir neçə ədəd odlu silah gətirmək barədə onunla razılığa gəlib, daha sonra həmin silahları ABŞ-a gətirib. İstintaqın məlumatına görə, Solomonyan və onun cinayət ortağı Kristian Dyuit Spays bir neçə tank əleyhinə raket, qranataatan və sovet istehsalı olan başqa silahlar satmaq niyyətində imişlər. Ancaq bu, baş tutmayıb. Silah qaçaqmalçıları 2005-ci ildə yaxalanıblar. Solomonyan və Spays, eləcə də onlara qoşulmuş daha 4 nəfər 2007-ci ildə məhkum ediliblər. Solomonyan məhkəmədə son sözlə çıxış edərkən cinayət yoldaşlarının üzünə durub, deyib ki, o, sadəcə məsuliyyətsizlik edib, o da ona görə ki, informator ona ?yaşıl kart? almaqda köməklik edəcəkmiş, yoxsa onun qaçaqmalçılıqla heç bir işi ola bilməzdi. Bundan başqa, cinayətkar erməni hakimə üz tutaraq bildirib ki, o, Nobel mükafatı almaq istəyirdi: ?Ola bilər ki, mən özümə çox güvənmişəm. Sonra başa düşdüm ki, məndə heç nə alınmır. Ancaq bu, silah məsələsindən əvvəl olub ". ?Röyter?in məlumatına görə, Solomonyanın qrupuna üç gürcü və bir ukraynalı daxildir. 2005-ci ildə KİV-də məlumat gedib ki, bu qrup FTB-nin çuğuluna təkcə adi silahlar yox, həm də zənginləşdirilmiş uran partiyası təklif edib. Buna görə onları ? keçmiş sovet vətəndaşlarını mətbuatda ?nüvə qaçaqmalçıları? kimi xarakterizə edirmişlər. Ancaq sonradan ittihamda nüvə silahı barədə hər hansı qeyd yoxdur. // musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA