Muğan kanalında faciə: 3 nəfərin meyiti tapıldı

img

09-03-2009 [04:27]


Ailə başçısının axtarışları nəticə vermir İmişli rayonunda avtomobildə Muğan kanalına düşən ailə üzvlərindən üçü tapılsa da, ailə başçısının meyiti tapılmayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Polis Şöbəsinin müstəntiqi Fuad Nəsirov məlumat verib. Müstəntiqin bildirdiyinə görə, FHN-in dalğıclarının 12 saatdan çox davam edən axtarışlarına baxmayaraq, ailə başçısı, Füzuli rayonunda yerləşən hərbi hospitalın həkimi, əslən Balakən rayonundan olan kapitan Qambarcayev Rəşid Abdulhəmid oğlunun meyitini tapmaq mümkün olmayıb. Qeyd edək ki, martın 7-dən 8-nə keçən gecə saat 02.20 radələrində Rəşid Qambarcayevin ailəsi ilə birlikdə Bakı şəhərindən Füzuli rayonunda yerləşən hərbi hospitala gedərkən idarə etdiyi VAZ-2106 markalı avtomobil İmişli rayonu ərazisində körpüdən Muğan kanalına düşüb. Qəza nəticəsində dörd nəfərdən ibarət ailənin bütün üzvləri - Balakən rayonunun Qabaqçöl kənd sakinləri Rəşid Qambarcayev, onun həyat yoldaşı Dilbər Qambarcayeva və iki uşağı ? 3 və 5 yaşlı Gövhərad və Abdulla suda boğularaq ölüb. Maşında olan sərnişin, 1981-ci il təvəllüdlü Məlikov Kamran Rəhman oğlu isə kanaldan çıxmağa müvəffəq olub. Muğan kanalı bağlansa da, ailə başçısının axtarışlarında hələlik heç bir nəticə yoxdur. Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA