31-12-2015 [20:29]
Artıq bir neçə gündür ölkənin avtomobil hissələri və akssesuarları satılan bazarlarda qələbəlik yaşanır. Devalvasiyaya baxmayaraq bu aktivliyin səbəbi var.
2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reydlər insanları bazarlara axın etməyə vadar edir.
Onu da qeyd edək ki, bu vasitələrə sahib olmayan sürücülərə qarşı cərimələr də sərtləşdirilib.
Mia.az xəbər verir ki, Musavat.com-un əməkdaşları bu gün paytaxtın Babək prospektində yerləşən və şəhərdə hamının "Maşın bazarı” kimi tanıdığı avtomobil ehtiyat hissələrinin satıldığı məkanlarda araşdırma aparıblar.
Həmin araşdırmanı təqdim edirik:
Bazarda "iynə atsan, yerə düşməz”
Bazarın girişində avtomobil sıxlığını gödükdə vəziyyətin nə yerdə olduğu haqda təsəvvür etmək olurdu. Hər kəs cərimələrdən yayınmaq və tələb olunan ləvazimatları almaq üçün sıraya düzülmüşdü.
Bazarda satıcı işləyən Zakir Məmmədov deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, işləri yaxşı gedir: "Qiymətlər demək olar ki, iki dəfə bahalaşıb. Misal üçün, əvvəl 5-10 manata satdığımız tibbi yardım çantası indi 20-30 manat olub. Bu, bizdən asılı deyil. Çünki özümüz də baha alırıq, məcburən baha satmalıyıq. Amma işimiz yaxşıdır. Səhər saat 12:30-dək 25 ədəd tibb çantası satmışam. Özümdə qurtardığı üçün qonşu dükanlardan da əlavə götürmüşəm”.
Z.Məmmədov deyir ki, yanğınsöndürmə balonlarının qiyməti də bahalaşıb: "İki gün bundan öncə adi, monometri olmayan balon 17 manat idisə, indi 20-23 manat arasında satılır. Bütün tələblərə cavab verən balonu 60-65 manata satırıq”.
İnsanlar çaşqınlıq içindədir
Yanğınsöndürmə balonları arasında olan fərqlər və hansının keçərli, hansının yararlı olmaması barədə ziddiyyətlər insanların çaşqınlığına səbəb olub. Alıcıların bir çoxu qiyməti 20-23 manat arasında satılan balonlardan aldıqlarını deyirlər. Lakin bu balonlar tələb olunan standartlara cavab vermir.
Alıcı Vahid Qasımovun sözlərinə görə, bu məsələ ortaya çıxandan bəri bütün tələb olunan akssesuarları alıb: "5 gün öncə gəlib, elə bu bazardan tələb olunan hər şeyi aldım. Tibb çantası, avtomobil qəza işarəsi və yanğınsöndürmə balonu. Üçünə 47 manat pul verdim. O zaman hələ qiymətlər bu qədər bahalaşmamışdı. Amma dünən dost-tanış deyir ki, bəs, həmin balon işə yaramır. Başlığında mütləq monometr və üzərində istifadə müddəti olmalıdır. Qiymətini soruşuram, mənə 60 manat pul "oxuyurlar”. İnsanların maddi vəziyyətinin çətin vaxtında belə çıxır ki, boş yerə pul verib, həmin o balonları almışıq. Camaatı belə ələ salmaq olar?"
Alıcı Kənan da qiymətlərin birdən-birə bu qədər şişirdilməsindən gileylənir: "Başa düşə bilmirəm, nəyə görə mən bu çətin vaxtda uşağımın boğazından kəsib, kimsə pul qazanacaq deyə pulumu belə şeylərə verim. İndiyə qədər niyə yada düşmürdü insanların təhlükəsizliyi? Nə oldu, birdən yadlarına düşdü millət? Bu qədər də zülm etmək olmaz insanlara. Heç kim konkret söz demir. Gah deyirlər, bu balon tələblərə cavab vermir, gah da bir aptek dolu dərmanı tibb çantasında daşımağı tələb edirlər”.
Qanun bu haqda nə deyir?
"Balon necə olmalıdır, yoxdursa, bunun cəriməsi nə qədərdir” sualına cavab İnzibati Xətalar Məcəlləsinin (İXM) 302.1-ci maddəsində açıq şəkildə izah olunur.
İXM-in 302.1-ci maddəsinin mətni belədir:
302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
"Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinə, habelə "Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində yanğınsöndürən balon saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə məsuliyyət məsələsi də qanunda tam aydın və birmənalı olmalıdır. Lakin bunu İXM-in 302-ci maddəsinə münasibətdə görmürük. Səbəbi isə çox sadədir. İXM-in tətbiqi barədə 389 saylı fərmanın 3.39-cu bəndinə, habelə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının (634 saylı fərmanla təsdiqlənən siyahının) 14-cü bəndinə baxdıqada aydın olur ki, 302-ci maddə üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 302.1-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil.
Bir sözlə, klassik şairimizin 105-110 il öncə yazdığı "Əcnəbi göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz” misralarını bu gün bir balaca dəyişərək belə yazmaq olar: İndi avtomobil minirik, amma bazarlarda xarici balonlar gəzirik.
Türkiyənin daha bir şəhərində zəlzələ olub
İsrail Qumda binanı vurub - Ölən və yaralananlar var (FOTO)
BMT: "Jurnalistlərin müdafiəsi tam təmin edilməlidir"
“Kənd sağlamlığı günləri” adlı layihəinin icrasına başlanılıb
Əkrəm İmamoğlunun atasına məxsus ərazidə nə axtarılır? - "Övladlarının ciyərindən ət yesinlər, lakin..." (FOTOLAR)
Təl-Əvivdə partlayışlar olub
"RUS ƏSGƏRİNİN AYAQ BASDIQĞI HƏR YER BİZİMDİR" - "3-cü Dünya Müharibəsi ehtimalı böyükdür"
Donald Tramp dialoq qapısını açır: "İran həftələr sonra nüvə silahına sahib ola bilər"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naim və Erol Əzizov qardaşlarının milyonları... - Partiya sədri elə iddialar irəli sürdü ki...
"Fənərbağça" təkzib edir
İranda zəlzələ baş verib - 5,5 bal gücündə
İndoneziya prezidenti: "Açıq deyəcəyəm: Rusiya və Çin heç vaxt ikili standartlarla davranmır"
Sumqayıtda 40 yaşlı şəxsi bıçaqlayıblar
Axund 16 yaşlı qızı qaçırıb - Bakıda
Bako Sahakyan Bakıda hakim qarşısında sualları cavablandırır
İran XİN başçısından dünyaya çağırış: "İsrailə qarşı tədbir görün"
Hayfa meri: "İran iki strateji nöqtə vurub"
Britaniya İrandakı səfirlik işçilərini geri çağırıb
Deputatlar sabah toplanır - Hansı qanunlar müzakirə olunacaq?
İsrail və İran bir-birlərinə yenidən zərbələr endirir
Tələbələr narazılıq edir - TİKA isə oxu başqa istiqamətə yönəldir
Hacı Vəliyev haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb
İCRA BAŞÇISI XALASI OĞLU OLAN HƏMKARININ HƏBSİNƏ BELƏ REAKSİYA VERDİ: "Nə deyim ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Abzas Media" əməkdaşlarına hökum oxundu - Məhkəmə prosesi
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakının daha üç rayonunda prokuror təyinatı oldu
Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - FOTOLAR
“Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub - Leyla Əliyeva ilə Arzu Əliyeva tədbirdə + FOTOLAR
"Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib" - Federasiya açıqlama yaydı
Prezident İlham Əliyev UFC-nin prezidentini qəbul edib - FOTOLAR
Çinlə daha bir saziş qüvvəyə mindi - Prezident fərman imzalayıb
İsrailin müdafiə naziri "Hizbullah"ın liderini ölümlə hədələdi: "Sələflərindən dərs almayıb?"
Prezident İlham Əliyev daha bir Fərman imzalayıb
“Sabah” əcnəbi baş məşqçi ilə anlaşdı - 3 illik müqavilə ilə
Pensiyalar nə vaxt ödəniləcək? - Rəsmi açıqlama yayıldı
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət mülkiyyətində olan maşınlar satışa çıxarılıb
ADA Universitetində tələbələr üçün yeni ixtisaslar açılacaq
NAXÇIVAN ALİ MƏCLİSİ İLƏ NAZİRLƏR KABİNETİNİN SƏLAHİYYƏTİ DƏYİŞİR - Nələr olacaq? (YENİLƏNİB)
İlham Əliyev özbəkistanlı naziri qəbul edib - FOTOLAR