22-10-2015 [13:13]
Mia.az xəbər verir ki, BAMF-ın ofisində keçirilən görüşdə Umud Rəhimoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri və bu münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Vətəndaş Cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə məlumat verib.
O, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.
Qeyd edilib ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət göstərilir. Bu qəbildən olan insanların problemləri yüksək səviyyədə həll edilir. Lakin bütün məcburi köçkünlərin bir arzusu var - ata-baba torpaqlarına qayıtmaq.
Problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini deyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Azərbaycanın vətəndaş cəmiyyəti adından çıxış edərək deyib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu qurumlara qarşı etimadsızlıq yaranıb.
Umud Mirzəyev vurğulayıb ki, bu təşkilatların təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymur və bu da böyük bir ədalətsizliyə rəvac verir. Söz sahibi olan qurumların belə qərəzli mövqeyi isə Azərbaycanı münaqişənin həllində ən son varianta-hərbi yolla öz torpaqlarını azad etməyə sövq edir. Halbuki Azərbaycan həmişə sülh və barışığı üstün tutur və indi də bu sülhsevər mövqeyinə sadiqdir.
Umud Rəhimoğlu, Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycanda, o cümlədən bütün regionda demokratiyanın inkişafına vurduğu ziyana da diqqəti yönəldib: "Qarabağ münaqişəsi həll olunsaydı, indi müzakirə predmetində olan problemlərin bir çoxu, ümumiyyətlə, mövcud olmayacaqdı. Çünki həmin problemlər məhz hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən qaynaqlanır”.
Sonda təşkilat sədri vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır. Biz bu istiqamətdə böyük dövlətlərdən, eləcə də bu məsələ ilə məşğul olan qurumlardan qətiyyətli mövqe gözləyirik.
İndoneziya nümayəndə heyətinin rəhbəri Nur Xolis isə deyib ki, Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkün insanların hüquqlarının pozulması, onların öz doğma torpaqlarına qayıda bilməməsi böyük ədalətsizlikdir. Münaqişənin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir.
_1445510820.jpg)
_1445510880.jpg)
_1445510700.jpg)
_1445510820.jpg)
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama