08-10-2015 [10:57]
Neçə gündür ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS və ATV-də bir neçə tok-şou verilişlərini qapatması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.
İqtidarın siyasi mərkəzinə yaxın olan ATV telekanalının rəhbərliyi baş verən proseslərin əsl mahiyyətindən xəbərdarmış kimi səbirli mövqe nümayiş etdirsə də, ANS rəhbərliyi də sanki bundan sonra gələ biləcək "dalğa”ya qarşı dirəniş göstərməkdədir.
Çünki elə "qazdan ayıq” ANS rəhbərliyi də MTRŞ-nin verilişlərin qapadılması ilə bağlı qərarının arxasında personasına çox qıcıqla yanaşdıqları Nuşirəvan Məhərrəmlinin dayanmadığının fərqindədirlər. Çünki 2006-cı ildə də ANS-in efir antenalarını qəfil möhürləyən faktiki MTRŞ olsa da, qərar daha yüksək dairədən verilmişdi. Ona görə də hələ ki müqavimət göstərirlər və bəlkə də "suların durulmasını” gözləmək üçün vaxt qazanmaq niyyətindədirlər.
Nuşirəvan Məhərrəmlinin APA-ya son müsahibəsində də məhz ANS rəhbərliyini hədəf alması da bu adamlara antipatiya kimi izah etmək çətindir. "Bizim nə Mirşahin tipli adamlarla, nə də Vahid Mustafayev tipli adamlarla problemimiz var” deyən MTRŞ rəhbərinin "digər kanallardan fərqli olaraq 90-cı illərin ab-havası ilə yaşayırlar” deməsi diqqət çəkir.
Məlumdur ki, Azərbaycan iqtidarı "90-cı illəri xaos və özbaşınalıq illəri” kimi qəbul edir və aparılan rəsmi siyasətdə bu, həmişə özünü göstərir. "Sanki onların etdikləri hər şey doğrudur. Heç kim onlara bir söz deyə bilməz”, deyən MTRŞ sədrinin "dünənə qədər etdiyin işə görə sağ ol. Amma bu gün gördüyün işə görə cavab ver”, söyləməsi də diqqət çəkir.
N.Məhərrəmli deyib ki, ANS Azərbaycan efirinə ilk dəfə pornoqrafik film gətirən, ilk ən aşağı səviyyəli yumoristik verilişlər verən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir iş kimi göstərən bir kanaldır. O, MTRŞ sədrini səlahiyyətlərini aşmaqda ən çox ittiham edən ANŞ rəhbərliyinə üstüörtülü mesajlar göndərib: "MTRŞ Azərbaycan efirində baş verən bütün məsələlərə birbaşa müdaxilə etmək səlahiyyətində olan orqandır. Lazım gələcəksə biz o tip verilişlərdən xilas olacağıq. Hətta yeri gələrsə, bütövlükdə televiziya kanallarından xilas olacağıq. Azərbaycanda qoy 10 televiziya kanalı olmasın, 6 və ya 7 televiziya kanalı olsun. Amma televiziya kanallarında Azərbaycanı təmsil edən gözəl verilişlər olsun”.
MTRŞ rəhbərini ilk dəfədir ki, telekanalların bağlana biləcəyi barədə bu qədər açıq danışmağa məcbur edən səbəb yəqin ki, "əsəblərə toxunan” iki-üç tok-şou verilişi ola bilməz. Çünki bu verilişlər indi ortaya çıxmayıb, hətta saçlarını o verilişlərdə ağardan ekspertlər də var. Bəs dəyişən nədir və xüsusən ANS niyə bu qədər hədəfə gəlib ki, N.Məhərrəmli hətta hansı proqramın hansı saatda yayımlanacağına qarışacaqlarını da deyir.
Hakimiyyətin telekanallardan narazılığı indi ortaya çıxmayıb, hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu barədə silsilə məqalələr çıxış edib. Amma bu tənqidlər tez unudulub və telekanallar bayağı verilişləri, tok-şouların sayını nəinki azaltmayıblar, əksinə, daha artırıblar. Çünki bayağı verilişlər bağlanırsa, gərək onun yerini başqa bir proqram tutsun. Müxalifətin tam olaraq efirə buraxılmaması, cəmiyyəti daha çox düşündürən sosial-iqtisadi mövzulara senzura qoyulması telekanalları bu kimi ağladan-güldürən şoulara daha çox yer ayırmağa məcbur edir. Yəni telekanallardakı indiki acınacaqlı duruma görə həm də hakimiyyət günahkardır. Telekanallara adi bir tənqid nəfəsliyi belə verilmədiyi halda, ondan cəmiyyətin inkişafı üçün xeyir verəcəyini ummaq da absurddur. Amma hakimiyyət ideoloqları bir-iki ağladan verilişə görə boşuna bu qədər narahat olmazdılar da...
Məlumata görə, hakimiyyət əsasən telekanalların bir əldə cəmləşməsinə nail olmaq istəyir. Yəni ilk növbədə hansı telekanalın arxasında kimin dayandığı konkretləşdirilir. Çünki adını çəkmək istəmədiyimiz telekanallar var ki, konkret olaraq kimə (kimlərə) bağlı olduğu dəqiq deyil. Bu yaxınlarda məşhur bir xanımın Bakıya gəlişinə səbəblərdən birinin də bu kimi sənədləşmə məsələləri ilə əlaqəli olduğu deyilir.
Telekanalların sponsor dairələri, hansı oliqarxlara yaxınlığı da ciddi nəzarətə alınır, öyrənilir. Telekanallarda hansı oliqarxa bağlı şirkətlərin malların, onlara məxsus restoran və klinikaların reklam edilməsi də xüsusi araşdırılır. İqtidar telekanalların maliyyə mənbələrini tam nəzarətə almaqla "kimin hansı musiqini sifariş etdiyini” bilmək niyyətindədir. İddialara görə, iqtidar artıq ən yüksək səviyyədə etiraf edilən böhran dövrünə hazırlaşması səbəbindən telekanallara nəzarəti gücləndirir. Çünki istənilən ölkədə iqtisadi böhran daxildən və xaricdən, iqtidarın təbirincə desək, "xaos və inqilablar” üçün pul axınına şərait yaradır. İndilikdə verilişlərdəki "göz yaşları”nın arxa plana keçirilməsi zəruridir.
Bu iddialar ANS-in niyə MTRŞ-yə etiraz etməsinin səbəblərinin də üzə çıxarır. ANS özəl telekampaniya kimi heç vaxt kimlərəsə "hesab-kitab” verməyə öyrəncəli deyillər. Üstəlik, bu telekanalı Mirşahin və Mustafayevlər öz şəxsi mülkiləri hesab edirlər. Gərək ki, 20 ilik tarixlərində də genəl olaraq nə hakimiyyətə, nə müxalifətə, nə birmənalı olaraq hansısa oliqarxa bağlı deyillər. ANS-in maliyyə mənbələri də bir bağlı boğça, şirkət rəhbərlərinin özəl kassasıdır. Əlbəttə ki, hökumətə vergilərini də verirlər, lazımi xidmətlərini də göstərirlər. Amma belə görünür ki, hökumət daha bu cür oyun qaydalarını qəbul etmir. Etiraz edənlərə isə "bağlayın gedin” xəbərdarlığı edir...
"Yeni Müsavat”
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama