Hacı Məmmədovun oğlunun şərikinə hökm oxundu

img

08-09-2015 [19:34]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bina tikmək adı ilə vətəndaşları aldadıb dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

"Fuad-ltd" MMC şirkəti 2005-ci ildən 500-dən artıq vətəndaşıaldadaraq onlardan külli miqdarda pul yığsa da, bu günəqədər hələ də vətəndaşların nə pulu qaytarılıb, nə dəonlarla bağlanan müqavilədəki mənzil verilib.

"Fuad-ltd"MMC tikinti şirkətindən mənzil alan Eldəniz Abdurrəhmanov deyib ki, o 2005-ci ildə adıçəkilən şirkətin rəhbəri Qasım Məmmədovla Xırdalan şəhərində, 28-ci məhəllədə tikilməkdə olan binadan ev almaqbarədə müqavilə imzalayıb. Müqaviləyə əsasən, həminünvanda 476 mənzilli 9 bloklu 16 mərtəbəli bina inşaedilməli, 2007-ci ildə isə vətəndaşlara təhvil verilməliidi: "2008-ci ilə qədər gözləsək də, bina nəinki təhvilverilmədi, heç mərtəbələri axıradək tikilmədi. Binanınsütunları 14-cü mərtəbəyə qədər tikiləndən sonra tikintidayandı. Bir müddətdən sonra məlum oldu ki, binanınişçiləri də pul almadıqları üçün işə gəlmir. Hər dəfə bizQasım Məmmədova müraciət edəndə müxtəlifbəhanələrlə başımızı aldadır, bizdən vaxt istəyirdi".

Bir müddətdən sonra məlum olub ki, Qasım Məmmədovbinada hələ hazır olmayan bir mənzili 2-3 nəfərə satıb. Sakinlərin araşdırması zamanı binanın 455, 198, 271 və589 saylı mənzillərinin hər birinin müqavilə ilə 2-3 ailəyə satıldığı üzə çıxıb.

Biləsuvar rayon sakini Qədirağa Əliyev isə deyib ki, oQasım Məmmədovla 2007-ci ildə tanış olub. Həmin vaxt18 min 500 manat ödəyib binadan 1 otaqlı mənzil alıb.Tərəflər arasında imzalanan müqaviləyə əsasən mənzil2009-cu ildə Qədirağa Əliyevə təhvil verilməli imiş.Amma, hələ də nə mənzildən, nə də QasımMəmmədova verdiyi puldan xəbər yoxdur.

Qasm Məmmədov həmin ərazidə ev tikmək adı iləvətəndaşlardan 10-12 milyon manat pul alıb. Həminpulu hara xərcləyib bilinmir".

Şikayətçilər bildirib ki, adıçəkilən şirkətdə Qasım Məmmədovun bir neçə şəriki olub ki, onlardan biri də Bakıda uzun illər adamoğurluğu və çoxsaylı qətllər törədən mütəşəkkil dəstəbaşçısı, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyatmüvəkkili Hacı Məmmədovun oğlu Teymur Məmmədovdur.

Cinayət Məcəlləsinin 178.3.2, 213,308-ci maddələri ilə təqsirləndirilən Qasım Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Q.Məmmədov məhkəmə zalına əlil arabasında gətirilib, onun infarkt keçirdiyi bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA