01-09-2015 [11:46]
Mingəçevirdə qız qaçırmaqda ittiham olunan Yevlax rayon sakinləri – 1989-cu il təvəllüdlü Siyasət Məmmədov, 1989-cu il təvəllüdlü Mustafa Nəsrullayev, 1974-cü il təvəllüdlü Cuma Qurbanov və 1990-cı il təvəllüdlü Elamin Qurbanovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Siyasət Məmmədov 23 sentyabr 2014-cü il tarixdə saat 13 radələrində ailə qurmaq istədiyi Nigarı (ad şərti göstərilib-red) oğurlamaq məqsədi ilə tanışları Cuma Qurbanov, Elamin Qurbanov və Mustafa Nəsrullayevdən ibarət qrup təşkil edib. Onlar birlikdə Mustafa Nəsrullayevin idarə etdiyi "VAZ 21074” markalı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən "İlk Qurucular” parkının yaxınlığına gəliblər və orada Nigarı gözləyiblər.
Tələbə qızı zorla qaçırdılar
Həmin vaxt Nigar oxuduğu Mingəçevir Müəllimlər İnstitutundan çıxaraq onların yaxınlığından yaşadığı evə doğru piyada gedərkən Mustafa Nəsrullayev idarə etdiyi "VAZ 21074” markalı avtomaşını yolun kənarında saxlayıb. Sonra Cuma Qurbanov və Elamin Qurbanovla birlikdə avtomobildən yerə düşərək Nigarı zorla avtomobilin salonuna dartıblar. Həmin vaxt Nigara xəsarət də yetiriblər. Onlar qızı daha sonra Yevlax rayonu, Əcəmi kəndində yerləşən Elamin Qurbanovun atası Elzamin Qurbanova məxsus evə aparıblar.
Adam oğurluğu ittihamı
Nigarın valideynləri baş verən hadisə ilə bağlı Mingəçevir rayon Polis Şöəbəsinə məlumat veriblər. Polisin keçirdiyi əməliyyat nəticəsində dəstə üzvləri həbs edilib. Mütəşəkkil dəstənin üzvləri Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham ediliblər.
Qız qaçırdanlara 32 il cəza
Təqsirləndirilən şəxslərin barəsində toplanmış istintaq sənədləri araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmənin hökmü ilə Siyasət Məmmədov 8 il 6 ay, Mustafa Nəsrullayev 8 il, Cuma Qurbanov 8 il və Elamin Qurbanov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Onların şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə təqdim edilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayətləri dinlənilib. Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edilib.
Qərara görə, Siyasət Məmmədovun apelyasiya şikayəti təmin edilməyib. Mustafa Nəsrullayev, Cuma Qurbanov və Elamin Qurbanovun apelyasiya şikayəti qismən təmin edilib. Onların hər birinin cəzası 5 ilə endirilib.
Hacı Zeynalov
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı