31-08-2015 [10:32]
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları bu gün keçirdikləri əməliyyat nəticəsində, özünü müxtəlif şəxslərə Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun "köməkçisi” kimi təqdim edən şəxsi yaxalayıblar.
Xatırladaq ki, dünən Strateq.az saytına uzun illər səhiyyə sistemində müxtəlif vəzifələrdə işləmiş, hal-hazırda isə özəl klinikaların birində baş həkimin müavini kimi fəaliyyət göstərən Qasımov Feyzulla Ələkbər oğlu müraciət edərək, özünü prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun adamı kimi təqdim edən Alim Əlisahib oğlu İbrahimov adlı şəxsdən şikayətçi olduğunu bildirmişdi. Feyzulla Qasımov şikayətində göstərmişdi ki, Alim İbrahimov Əli Əsədovun ailə üzvlərindən birinə verilməsi adıyla onun dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürüb və pulunu ödəməyib. Feyzulla Qasımov saytımız vasitəsilə Prezidentin müşaviri Əli Əsədova müraciət edərək, onun adından istifadə edən şəxsin cəzalandırmasını da xahiş etmişdi (Mövzu ilə ətraflı bu link vasitəsi ilə tanış ola bilərsiniz: "Əli Əsədovun adamı bizə "atıb"” - Şikayət)
Qeyd edək ki, məsələ ilə bağlı bu gün Strateq.az saytı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayaraq, Feyzulla Qasımovun şikayətinin araşdırılıb-araşdırılmayacağına aydınlıq gətirilməsini istəyib.

Polkovnik Ehsan Zahidov bildirib ki, artıq DİN-in BMCMİ-nin əməkdaşları 70 yaşlı Bakı şəhər sakini Feyzulla Qasımovun şikayəti əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq cinayətini törətmiş 28 yaşlı Alim Əlisahib oğlu İbrahimovu həbs ediblər və o, ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edib: "Vətəndaş Feyzulla Qasımov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edərək oğlu Rafaelin tanışı olan Alim adlı şəxsin 2015-ci ilin iyun ayında onların etibardan sui-istifadə edərək, onun zaminliyi ilə dostunun qızıl dükanından 16 min 800 manat dəyərində zinət əşyası götürdüyünü, lakin indiyədək pulunu ödəmədiyini bildirmişdi. Şikayət daxil olduqdan sonra Baş İdarə əməkdaşları əməliyyat keçiriblər və vətəndaşa qarşı dələduzluq cinayətini törədən, əvvəllər də iki dəfə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məhkum olunan 28 yaşlı Alim Əlisahib oğlu İbrahimovu tutublar. Aydınlaşdırılıb ki, onun cənab Əli Əsədovla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, onu tanımır da. Alim İbrahimov törətdiyi əməli etiraf edərək, dələduzluq yolu ilə götürdüyü zinət əşyasını paytaxtdakı qızıl mağazalarından birinə 4.700 manata satdığını da bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi qaldırılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir”.
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib
Vəkil Raul Ramazanov kollegiyadan çıxarıldı
Əli Əsədov Milli Məclisdə hesabat verdi
Tramp: "İranla bağlı proses çox sürətlə irəliləyir"
Lənkəran İcra Hakimiyyətində 49 vəzifə ləğv edilib
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
İraqda hərbi bazaya dron hücumu: fransız əsgəri həlak oldu - Makron sərt bəyanat verdi
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Ceyhun Bayramovla Pakistan XİN başçısı telefonda müzakirə aparıb
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb