İŞİD-dən ilginc addım - Dollara zərbə

img

30-08-2015 [22:54]


İŞİD öz hegemonluğu altındakı bütün ərazilərdə başda ABŞ dolları olmaqla, bütün pul vahidlərinə qadağa qoydu. Bundan sonra həmin coğrafiyada dinar keçərli olacaq.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, yeni tədavülə buraxılan İŞİD dinarı qızıldan olacaq. Məhəmməd peyğəmbərin dövründə tədavülə buraxılmış eyniadlı pul vahidinə bənzədilərək basılan bir dinarın çəkisinin 4.25 qram olacağı bildirilir.

İraq və Suriyanın böyük bölümünə hakim olan İŞİD bütün xarici və daxili ticarətini dinar vasitəsilə həyata keçirəcək. Bununla bağlı hazırladığı 50 dəqiqəlik video-çarxda ABŞ iqtisadiyyatının çökdüyünü və sadəcə, neft istehsal edən ölkələrin sərvətini istismar etməklə ayaqda durduğunu bildirən İŞİD bütün bu siyasətlərin dollar hesabına yürüdüldüyünə inanır. Bu istismarın qarşısını almaq üçün isə bir alternativ ortaya qoyduqlarını və nefti qızılla satacaqlarını deyən "xilafət” rəsmiləri digər neft istehsalçılarını da eyni mövqeni tutmağa çağırıb.

İŞİD dinarınin Mosulu ələ keçirərkən mənimsənilən qızıl ehtiyatı hesabına ərsəyə gətirildiyi təxmin olunur. 

Qeyd edək ki, həmin işğal zamanı "xilafətçi”lərin əlinə 430 tondan çox qızıl keçmişdi.

"Xilafət" iqtisadiyyatında dinarla yanaşı, gümüşdən dirhəm, misdən fülüs adlı pul vahidləri də istifadə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA