Deputatı döyüb, qovdular

img

29-08-2015 [16:40]


Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər.
 
ans press-in məlumatına görə, bu barədə hadisə yerində olan jurnalist Vera Zaporojye öz şəxsi səhifəsində xəbər verib. Onun bildirdiyi kimi, avqustun 27-də vilayət administrasiyasının binasında çoxlu miqdarda şahid yanında Ukraynanın xalq deputatı Aleksey Qonçarenko döyülüb.
 
Deyilənlərə əsasən, deputatın döyülməsinin əsas səbəbi, onun Pyotr Poroşenkonun siyahısında qadağa qoyulmuş yerlərdə ticarətlə məşğul olmaqda şübhəli bilinməsidir. Davadan sonra deputatı binadan çıxarıblar. Jurnalistin məsələ ilə bağlı sualına isə, Qonçarenko cavab verib ki, bu vəziyyəti şərh etmək istəmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA