PKK-dan qəfil hücum: 4 türk əsgəri yaralandı, 6 terrorçu vuruldu

img

27-08-2015 [16:17]


PKK Türkiyədə yenə qan töküb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bitlisdə Şəhər Jandarma Komutanlığına hücum edən PKK-çilar ağır silahlardan istifadə edərək 4 əsgəri yaralayıb. Cavab atəşi ilə 6 terrorist zərərsizləşdirilib. Digərləri isə qaçıblar.

Məlumata görə, yaralı əsgərlər helikopterlə Tatvan Hərbi Xəstəxanasına aparılıblar. Bir əsgərin vəziyyəti isə ağırdır. Qaçan terroristləri yaxalamaq üçün bölgədə geniş çaplı əməliyyat davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA