24-08-2015 [13:44]
Azərbaycanı həmkarlar institutu ən zəif olan ölkələr sırasına daxil etsək, yanılmarıq. Çünki ölkədə fəaliyyət göstərən əksər qurumlarda həmkarlar təşkilatları, işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olan birliklər yox dərəcəsindədir.
Bəzi qurumlarda həmkarlar təşkilatları olsa da, bunların fəaliyyəti formal xarakter daşıyır və ciddi təsir imkanları yoxdur. Ancaq həmin formal təşkilatlar üzərlərinə düşən missiyanı müəyyən qədər yerinə ye-tirməyə çalışırlar. Bu məsələdə bəxti gətirməyən peşə sahibləri jurnalistlərdir.
Son 20 ilə baxdıqda, jurnalistlərin həmkarlar ittifaqının müsbət fəaliyyəti nəzərə çarpmır. Çünki ölkədə bu missiyanı yerinə yetirən hər hansı ciddi qurum yoxdur. Amma bu ada iddia edən və bu missiyanı üzərinə götürərək imitasiya edən qurum var - Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ).
1997-ci ildə bir qrup jurnalist tərəfindən yaradılan JuHİ, hazırda müxtəlif beynəlxalq təşkilatların - Beynəlxalq Jurnalistlər Federasiyasının, İFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Bu qurum 28 Mart 2000-ci il tarixində dövlət qeydiyyatından keçib və hazırda 270 nəfərə yaxın fəal jurnalistin səyi ilə fəaliyyət göstərdiyini iddia edir. Təşkilatın sədri Müşfiq Ələsgərlidir.
JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə, təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərdiyini iddia edir.
Amma sözügedən qurumun fəaliyyətini qənaətbəxş saymaq olmaz. Hətta bəzi jurnalistlər iddia edirlər ki, JuHİ öz sədrinin şəxsi maraqları üzərində qurulub. Əgər bunun əksi olsaydı, qurumun Nizamnaməsindəki əsas şərtlərin icra olunması imtiqamətində müvafiq addımlar atılardı. Fakt odur ki, JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaq olsa da, bu yöndə ciddi addımlar atılmır. Eyni zamanda, JuHİ jurnalistlərin istirahətinin təşkili, lazım olan məqamda onların müalicə-bərpa müəssisələrinə göndərilməsi kimi missiyanı da yerinə yetirə bilmir.
Ən təəssüfedici məqamlardan biri də odur ki, JuHİ hər hanı bir problem ortaya çıxanda həmkarlar quru-mu olaraq, sıravi jurnalistlərin yanında olmaqdansa, mətbuatın maraqlarını tapdalamağa çalışan tərəfin mənafeyinə uyğun mövqe tutur.
Onu da nəzərə çatdıraq ki, JuHİ indiyə kimi həm xarici, həm də milli donor təşkilatları ilə xeyli sayda qrant layihələri icra edib. Bu layihələrin icrası zamanı isə yüz minlərlə manat vəsait silinib.
Qeyd edək ki, JuHİ 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), "Avrasiya" Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF--nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır. Ancaq bu layihələrin də hər hansı müsbət nəticəsi yoxdur.
Elə bu səbəbdən də, jurnalistlərin həmkarlar məsələsi zaman-zaman gündəmə gətirilib. Hətta bir müddət öncə "Paralel" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Tapdıq Abbas jurnalistlərin müstəqil həmkarlar ittifaqının yaradılacağını bildirmişdi. Bu isə bir daha sübut edir ki, hazırda mövcud olan Jurnalistlərin Həmkarlar İttifaqına alternativ qurumun yaradılması vacibdir və bunun üçün hazırlıq prosesi gedir.
Lakin Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məsələyə fərqli prizmadan yanaşaraq, məsuliyyətdən və ictimai qınaqdan yaxa qurtarmağa çalışır.
M.Ələsgərli iddia edir ki, Jurnalistlərin Həmkarlar İttifaqının Nizamnaməsindən irəli gələn tələbləri yerinə yetirməsinə, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması üçün ciddi fəaliyyət qurmasına, ölkə jurnalistlərinin beynəlxalq media qurumlarına inteqrasiyası yönündə mühüm töhfələr verməsinə baxmayaraq, JuHİ-nin strukturlaşma (KİV redaksiyalarında ilkin həmkarlar təşkilatlarının yaradılması və onların Həmkarlar İttifaqının tərkibinə cəlb edilməsi) baxımından müəyyən problemləri var:
"Bu problem Jurnalistlərin Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olmasına və Konfederasiya tərkibində müstəqil sahə həmkarlar ittifaqı statusu almasına mane olur. Konfederasiya tərkibində müstəqil sahə həmkarlar ittifaqı statusu almadığımız üçün jurnalistləri sanator müalicə müəssisələrinə yollayışlarla təmin edə bilmirik. Hansı ki, jurnalistlərin bu yollayışlara ciddi ehtiyacları var".
M.Ələsgərli bildirib ki, JuHİ-nin strukturlaşma probleminin aradan qaldırılması üçün müxtəlif səviyyələrdə çoxsaylı müzakirələr keçirilib.
Təbii ki, belə açıqlamalarla yanaşı, JuHİ - jurnalistlərin həmkarlar ittifaqı kimi böyük məbləğdə qrant layihələri həyata keçirir. Əgər bu missiyanın öhdəsindən gələ bilməyəcəksənsə, o zaman yüz minlik layihələri niyə həyata keçirirsən? Ali məqsəd jurnalistlərin problemini həll etməkdirsə, o zaman niyə bu istiqamətdə ciddi addımlar atılmır? Təbii ki, suallar çoxdur, amma arqumentli cavablar yoxdur.
Məlumdur ki, Azərbaycanda yazılı media müəyyən problemlər yaşayır.
Məsələn, bir neçə ay öncə "Reytinq" və "Azadlıq" qəzetləri çapını dayandırmaq təhlükəsi ilə üzləşmişdi. Belə ki, "Qasid" firması satılan qəzetlərin pulunu ödəmədiyindən, eyni zamanda, metro keçidlərində, bunun ardınca da səyyar satışların qadağan edilməsi hər iki redaksiyanı ciddi maliyyə problemi ilə baş-başa qoymuşdu. Bunun nəticəsi olaraq, bu ilin fevral ayından bəri "Azadlıq" qəzetinin əməkdaşları maaş almır, redaksiyanın xeyli borcu yaranıb. Ona görə də, qəzet rəhbərliyi oxuculara üz tutaraq, abunələrin sayını artırmaq və qəzetə öz dəstəklərini vermələrini xahiş edib.
"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev "Reytinq"ə deyib ki, Azərbaycanda müstəqil medianın kifayət qədər problemləri var. Onun sözlərinə görə, hazırkı dönəmdə jurnalistlərin hüquqlarının qorunması, həmkarlar qurumunun mövcudluğu barədə danışmaq mümkün deyil.
"Həmkarlar ittifaqı yalnız demokratik ölkələrdə işçilərin əmək hüquqlarını həqiqətən də qoruyan orqan kimi fəaliyyət göstərir",-deyən R.Hacıyev bildirib ki, bütün anti-demokratik rejimlərdə, o cümlədən Azərbaycanda onların fəaliyyəti formal xarakter daşıyır: "Azadlıq" qəzetinin problemləri ilə bu tipli heç bir təşkilat indiyə kimi maraqlanmayıb. Ona görə də, JuHİ kimi bir qurumun mövcudluğu və fəaliyyəti barədə nəsə demək mümkün deyil".
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı isə iddia edir ki, ya Azərbaycanda jurnalistlərin həmkarlar ittifaqı yoxdur, ya da bu qurum tam fəaliyyətsizdir. Ə.Zeynallının sözlərinə görə, jurnalist məsələsinə dair bütün işlər hazırda müəyyən qurumların inhisarındadır ki, bu da jurnalistikanın geriləməsinə xidmət edir: "Çalışmaq lazımdır ki, alternativ media quruluşları yaradılsın və bu qurumlar jurnalistlərin rifahı üçün çalışsınlar. Hesab edirəm ki, çətin də olsa, çalışmaqla, buna nail olmaq mümkündür. Çünki jurnalistikada o güc və adamlar hələ də qalır. Doğrudur, bu istiqamətdə yüz minlərlə qrant layihələri həyata keçiriblər, amma ortada real nəticə yoxdur. Ona görə ki, ortada jurnalistika naminə heç bir iş görülmür. Yəni, Müşfiq Ələsgərli ancaq özünə işləyir. Onun artıq jurnalistikaya heç bir aidiyyatı yoxdur. Onun aldığı qrantlar haqqında isə araşdırmalar aparmaq olar".
"Millət" qəzetinin baş redaktoru Əli Orucov da Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqının yoxluğundan şikayətlənib. Ə.Orucovun qənaətincə, həmkarlar ittifaqının olmamasının təqsiri məhz, jurnalistlərin özündədir:
"Məncə, Azərbaycan mətbuatı ən böhranlı və ağır günlərini yaşayır. Azad mətbuat və tənqidi fikir sıradan çıxarılıb. Reketçilik demək olar ki, rəsmiləşdirilib. 4-cü hakimiyyət sayılan mətbuat indi ələ və sözəbaxan olub. Təkcə JuHİ deyil, digər qurumlar da eyni gündədədir. Başqalarından şəf-faflıq tələb edən, özünü cəmiyyətin aynası sayan mətbuatımızın özü qeyri-şəffafalıq girdabına düşüb və vəziyyət günbəgün pisləşməyə doğru gedir. Dövlət və millət üçün də ən böyük təhlükə informasiya daşıyıcısı, istehsalçısı olan orqanların bərbad hala salınmasıdır. Bu, totalitarizmə, vatoratarizmə, bir sözlə, qapalı cəmiyyətlərə gedənən ən qısa yolun başlanğıcıdır".
Baş redaktor onu da qeyd edib ki, qrantlar havayı verilmir. Burada təmənnalı və qarşılıqlı maraqlar var:
"Kimlərinsə, hansısa məmurun qanunsuz maliyyə dəstəyi ilə kimlərəsə nəsə verilirsə, yaxud da harasa 1-2 günlük istirahətə göndərilirsə bunun özü korrupsiya və reketçilik əlamətidir. Çünki bunların arxasında təmənna durur. Azərbaycanda Jurnalistlərin Həmkarlar İttifaqının mövcudluğu qeyri-müəyyəndir. JuHİ adlı qurumun isə ümumiyyətlə, fəaliyyətindən xəbərim yoxdur".
CHP sədri Kamal Kılıçdaroğluya replka atdı, Ərdoğaan mesaj verdi: "Onun xətrinə dəyməmək üçün..."
"O dəqiqə deyirlər ki, Elmar Məmmədyarov ora səfir göndəriləcək”
Türkiyə ilə Suriya arasında yeni sənəd imzalandı - FOTO
Səhiyyə Nazirliyi botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Sabahdan kolleclərə qeydiyyat prosesi başlayır
Naxçıvanda əhalinin sayı artıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verəcək
"Tramp Marşrutu”, Çinin sükutu və... - TƏHLİL
Məmməd İsmayıl reanimasiya şöbəsinə yerləşdirilib
Vahid Əhmədov Nəcməddin Sadıkov haqda elə fakt açıqladı ki... - "Heydər Əliyev təpindi, dedi, utanmırsınız?!"
Qəzzada son 24 saatda daha 8 nəfər aclıqdan ölüb
"Təlxək", "dəli", "zay" sözlərinə görə iki müğənni məhkəmədə üz-üzə gəldi - Hakim qərar verdi
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Rezidenturaya ixtisas seçimi başlayıb
O “əjdaha”dan bizdə niyə yoxdur? - Təbriz VƏFALI YAZIR
Robin Van Persi: ""Fənərbağça" mənim qəlbimdə xüsusi yer tutur"
Joze Mourinyo: "Növbəti mərhələdə böyük komanda ilə qarşılaşacağıq"
"Komo" Alvaro Morata ilə bağlı xəbər yaydı
Ağdərədəki meşə yanğını söndürülüb
Sabah hava necə olacaq? - Proqnoz
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - TƏHLİL
“Azərişıq” ASC yenidən formalaşdırılacaq - Sədr və və müavinlərin təyinatı necə olacaq?
Prezident İlham Əliyev daha bir qanuna dəyişikliyi təsdiqləyib
Soyuducunu işə salmaq istədi, “tok” vurub öldürdü
10 ay ərzində 4 anlaşma və 127 milyon manat... - Dövlət Agentliyinin tenderlərinin qalibi kimdir?
Aleksandr Duqin, Doğu Perinçek və Cəmil Ünal
"Kocaelispor" polşalı yarımmüdafiəçini şəhərə dəvət edib
Suriyanın iki naziri Türkiyəyə gəlir
İcra başçısının adının hallandığı qalmaqalı iş... - Məhkəmə başlayıb
"Tottenhem" braziliyalı oyunçu üçün "Mançester Siti"yə təklif göndərib - 50 milyon avro...
"Bayer Leverkuzen" 21 yaşlı oyunçunu heyətinə qatdı
Netanyahu: "HƏMAS-la danışıqlara qapını bağladıq" - "Mən “Böyük İsrail vizyonu”na sadiqəm"
"Əl Nəsr" Kinqsli Komanla anlaşıb
Yevlax sakini Mingəçevirdə bıçaqlandı
Saytlara saxta elan yerləşdirən şəxs saxlanıldı - FOTO
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan olunub
"PSJ" ukraynalı müdafiəçi transfer edib - 5 illik anlaşma
"Everton" Cek Qrilişi icarəyə götürüb
Azərbaycan nefti cüzi ucuzlaşdı
Nigeriyada güclü yağış: ölənlər var
"Atletiko Madrid" Cakomo Raspadori ilə müqavilə imzalayıb