Türkiyədə növbədənkənar seçkilər keçiriləcək - Koalision hökumət qurulmadı

img

13-08-2015 [22:18]


Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib. Baş nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) Cümhuriyyət Xalq Partiyası (CHP) ilə razılığa gəlmək üçün hər şey etdi.

Qeyd edək ki, bu gün Türkiyədə Baş nazir Ə.Davudoğlu ilə CHP rəhbəri Kamal Kılıçdaroğlu arasında koalisiya hökumətinin qurulması ilə bağlı final görüşü keçirilib.

Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlməyib. (trend)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA