13-08-2015 [16:45]
Futbolçu Cavid Hüseynovun apellyasiya şikayətinə baxılacaq tarix məlum olub.
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov bildirib ki, futbolçunun barəsində seçilmiş həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılacaq tarix artıq müəyyənləşib. C.Hüseynovun apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov icraatına verilib. Şikayətə avqustun 14-də saat 14.00-da baxılacaq.
Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Rəsmi məlumata görə, müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook">Facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da rada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür.
E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun, bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.
APA
"Kassam tuqayları" İsrail hərbçilərini pusquya salıb - 2 hərbçi öldürülüb, 2 tank vurulub
Fransada Eyüp Sultan məscidi açılıb - 3 min nəfərlik... + FOTO
Elon Maskın şəhəri quruldu - "Starbase"
Joze Mourinyo: "Liqa başlamadan sonu bəlli idi"
Arda Turan Ukrayna klubu ilə anlaşıb? - Maraqlı iddia yayıldı
Rusiya Kiyevi atəşə tutub - Mülki insanlar yaralanıb
Türkiyə derbisi: "Beşiktaş" səfərdə "Fənərbağça"nın "qolunu bükdü" - İstefa səsləri artdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Partiya sədri belə vuruldu - Açıqlama + VİDEOLAR
Daxili İşlər Nazirliyi məlumat yayıb
Aparat rəhbəri ilə mətbuat katibinə niyə maaşın 3 qat həcmində pul mükafatı və orden verildi? - Nazir qanunu pozub
Samir Şərifov Suriyanın prezidenti ilə bir arada - FOTO
RƏSMİ BAKIDAN DEPUTATIN MOSKVADAN DEPORTUNA REAKSİYA: "Qarşı tərəf bu qərarın səbəbləri barədə izahat verməyib"
Milli Məclisin deputatı Moskvada niyə saxlanıldı? - İcra başçısının yanında olan Azər Badamov deport edildi
Saytlardan xəbər silinməsi: "Sanki media bunların şəxsi bostan sahəsidir" - Aynur Camalqızı yazır
Buraxılış imtahanı: bu gün Azərbaycan dili imtahanı keçirəcək
Rəsul Quliyev: "Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki..." - "Sən bu pulu götürüb yeməli deyilsən ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gələn ay 4 qeyri-iş günü olacaq
Türkiyə parlamentinin vitse-spikeri vəfat edib
İlham Əliyev Patriarx Kirill İlə görüşüb - Mehriban Əliyevaya I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordeni verildi + FOTOLAR
Netanyahu Azərbaycana səfərini təxirə saldı: "Siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq..."
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda - FOTOLAR
Hərbçimiz vəfat edib
İlham Əliyev Andjey Dudaya məktub göndərib - MƏTN
Məzahir Pənahovun oğlu ilə bağlı hansı qərar veriləcək? - Rəsmi açıqlamalar ard-arda verildi
Veysəloğlu Şirkətlər Qrupu kərə yağı və süd məhsulları istehsalçıları ilə işçi görüş keçirib - Nələr müzakirə olunub? + FOTOLAR
Atadan balaya miras... - "Azərsun Holdinq"in yeni sədri bəlli oldu
Aktyor Aydın Quliyev vəfat edib
Azərbaycan nefti yenə ucuzlaşdı
Məzahir Pənahovun oğlu arvadını bu villada döyüb - Nazirlər, icra başçıları və generalların qatıldığı “Fairmont” hoteldə dəbdəbəli toy və... (FOTOLAR)
Abşeronda polis əməliyyatı: saxlanılanlar var
Sabah bu yollar bağlanacaq
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanın BMT-dəki rəsmisi: "2 milyard əhalisi olan bölgədə münaqişə heç kimə fayda verməz"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri görüşüb - FOTO
Qırmızı bülletenlə axtarılan 4 nəfər tutulub - Türkiyədə
Manisada sərnişin avtobusu aşıb - Yaralılar var
Bakıda ermənilərin məhkəməsi: İşxanyan və qardaşının mülki azərbaycanlıları öldürmələri sübut olunub
Ərdoğan KKTC-yə gedir
Avropa İttifaqı: "İsraili Qəzzaya blokadanı dərhal götürməlidir"