Aygun Kazımovanın qızının gecə klubundakı videosu yayıldı - VİDEO

img

11-08-2015 [15:23]


Xalq artisti Aygün Kazımovanın qızı, gənc müğənni İlqarə Kazımovanın internetdə yeni video görüntüsü yayılıb.

AzNews.az xəbər verir ki, görüntülərdə müğənninin "Karaoke" klubda olduğu görünür. İlqarə "Karaoke"də xalq artisti Polad Bülbüloğlunun repertuarından olan "Gəl, ey səhər” mahnısını ifa edib.

İ.Kazımova həmin mahnını məhz dostları üçün oxuduğunu deyib: "Dostlarımla yığışmışdıq. "Karaoke" klub idi. Məndən mahnı ifa etməyimi xahiş etdilər. Dostlarımın sözünü yerə salmayıb, çox sevdiyim, mahnılarını dinləməkdən doymadığım Polad Bülbüloğlunun repertuarına müraciət etdim”.

İ.Kazımova onu da qeyd edib ki, bu video görüntü ondan gizlin lentə alınıb: "Heç ağlıma da gəlməzdi ki, dostlarım həmin ifanı lentə alacaq. Mahnını təxminən 2 il əvvəl ifa etmişəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR