"Qaydarın vətəndaşlıqdan imtinası Rusiya üçün böyük fəlakətdir” - Sabiq prezident

img

09-08-2015 [22:56]


"Müavinim Mariya Qaydar Rusiyanın təbliğat kampaniyasına qarşı ən böyük vasitə olacaq".
 
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatına açıqlamasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili deyib. O, Qaydarın Ukrayna vətəndaşı olmasına münasibət bildirib:
 
"Mariya Qaydar böyük bir nəslin nümayəndəsidir və onun vətəndaşlıqdan imtinası Rusiya üçün böyük fəlakətdir”.
 
Qeyd edək ki, Mariya Qaydar Rusiyanın məşhur dövlət xadimi, siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. O, "Exo Moskvı” radiosunun jurnalisti və ictimai fəaldır. Ötən ay Saakaşvili onu sosial məsələlər üzrə müavini təyin edib. Poroşenkonun sərəncamı ilə Mariya Qaydar Ukrayna vətəndaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA