Azərbaycanda qardaş qardaşı baltalayaraq öldürüb

img

05-08-2015 [15:28]


Beyləqanda qətl törədilib.

Yerli sakinlərin veridyi məlumata görə, hadisə bu gün rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini Xudayar Məmmədov ailədaxili münaqişə zəminində qardaşı, Məhərrəm Məmmədovun başına balta ilə zərbə endirib.

Xəstəxanaya çatdırılan M. Məmmədovu xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib.

Beyləqan Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, M. Məmmədov başından küt alətdən aldığı xəsarətlə xəstəxanaya daxil olub və daxil olandan bir müddət sonra dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən X. Məmmədov artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA