"PKK kimi bir təşkilata əsla güvənmək gərək deyil" - FTX zabiti

img

03-08-2015 [22:38]


PKK həm xaricdə, həm daxildə xüsusi qaynaqlara malik olduğuna görə, ən çətin terror təşkilatlarından hesab edilir.   

Mia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında ABŞ Federal Təhlükəsizlik Xidmətində terror mütəxəssisi kimi çalışmış Corc Hayden söyləyib. Onun sözlərinə görə, Türkiyənin PKK-ya sərt üzünü göstərməsi onun suveren haqqıdır:   

"PKK-nın qarşısını almaq üçün 3 yol var: Terror təşkilatına qarşı ölkə daxilində və xaricində eyni anda genişmiqyaslı əməliyyatlar keçirmək; təşkilatın sadəcə ən yuxarı vəzifəli üzvüylə görüşərək, yerdə qalan şəxslərin heç birini bu prosesə daxil etməmək; əldə edilən nəticələri böyük bir kampaniya ilə xalqa təqdim etmək.   

 Məhz bunlar terror təşkilatlarını məhv etməyə yardım edir. PKK kimi bir təşkilata əsla güvənmək gərək deyil. Türkiyənin hazırkı dönəmdə işi çox çətindir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA