"Bizim şirkətə heç bir aidiyyəti yoxdur" - SOCAR basqınla bağlı açıqlama

img

01-08-2015 [11:56]


Gürcüstanın paytaxtı Tiflis şəhərində gecə saatlarında Moskva prospektində (Tiflis ətrafı) fəaliyyət göstərən SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmayıb.  

Bu barədə "SOCAR-Georgia" şirkətinin mətbuat xidmətindən məlumat verilib:   

"Qarət olunan obyekt yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşən kiçik bir mağaza olub və onun bizim şirkətə heç bir aidiyyəti yoxdur". 

 Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələri Gürcüstanda SOCAR yanacaqdoldurma stansiyasının mağazasına naməlum şəxsin soyuq silahla daxil olaraq oradan 800-900 lari (350-400 dollar) nağd pul çıxardığını yazıb(Report). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA