Polis polkovnikinin açıqlaması təkzib edildi - "Cəza ola bilməz"

img

31-07-2015 [18:04]


Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq. 

Bunu Trend-ə açıqlamasında  Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

Bəs, sürücülərə qarşı tətbiq olunan bu cəzanın hüquqi əsası varmı? 

Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərin çəkələklə maşın sürməsinə qarşı heç bir qanun yoxdur:
 
"Qanunda maşın sürən şəxsin hər-hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Çəkələklə maşın sürən şəxslər cərimələnə bilməzlər. Biz sadəcə olaraq əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara çəkələklə maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA