İş adamının başının dərisini soyan "Qanuni oğru" saxlanıldı - VİDEO

img

31-07-2015 [11:04]


Rusiya polisi federal axtarışda olan 50 yaşlı "qanuni oğru”nu tutub. 

"Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Şalva Çxenkelinin bir bağ evində gizləndiyi, az adamla ünsiyyət saxladığı və evi demək olar ki, tərk etmədiyi məlum olub. 

Qeyd edək ki, Şalva 2011-ci ildən ortağı "qanuni oğru” İqor Qlaznevin 2012-ci ildə məhkəmə hökmü ilə 12 il azadlıqdan məhrumetmə cəzası aldığı iş üzrə axtarışda olub.

Hər iki şəxs əlbir olaraq dükan sahibinin mülkiyyət hüququnu əlindən almaq üçün ona qarşı zorakılıq tətbiq ediblər. Baş dərisi soyulmuş sahibkar ağrının şokundan dünyasını dəyişmişdi. 

Çxenkalinin sözlərinə görə, bu vaxta qədər Ukraynada gizlənib və yaxınlarda Rusiyaya qayıdıb. Rusiyaya qayıtmağa cəsarət etməsini isə Daxili İşlər Nazirliyindəki bəzi adamlardan bu işin bağlanacağına dair vədlər alması ilə izah edib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA