Ər arvadını, sonra özünü güllələdi

img

29-07-2015 [13:10]


Sabirabad rayonunda ər arvadını güllələyib.

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı - 1983-cü il təvəllüdlü Sədaqət Alışovanı güllələyib. Daha sonra A.Alışov həmin tüfənglə özünə də xəsarət yetirib.

Hər iki yaralı ağır vəziyyətdə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon prokuroroluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA