Xaçmazda ana və qızı dənizdə boğulub

img

28-07-2015 [23:17]


Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahilində iki nəfər dənizdə batıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Nabran istirahət zonasında qeydə alınıb. Qusar rayon sakinləri, 1963-cü il təvəllüdlü Osmanova Faizə Nurəddin qızı və onun qızı Osmanova Olya Nəriman qızı dənizdə boğularaq ölüb.

Hər iki şəxsin meyiti tibbi müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA