Sumqayıtda partlayış- Yaralı var

img

28-07-2015 [23:16]


Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan yeməkxanada 5 litrlik qaz balonunda partlayış baş verib.

Mia.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə mətbəxin yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA