"Vəziyyət daha ciddidir..." - HDP lideri PKK-ya çağırış etdi

img

23-07-2015 [13:38]


Türkiyənin HDP partiyasının rəhbəri Səlahəddin Dəmirtaş PKK-nın intiqam almaq məqsədiylə öldürdüyü iki polis və Adıyamanda öldürülən əsgərin ailələrinin kədərini "paylaşıram" deyib.

"Al Jazera" telekanalında yer alan xəbərə görə, S.Dəmirtaş"Qanı qanla yumaq olmaz. Bütün bu çətinliklərə baxmayaraq, demokratik və sülh yönümlü bir sistemi mənimsəməyə davam edəcəyik. Çox öldük, çox kədərləndik. Bunu həll etmənin yolu qarşıdurma, qan, gözyaşı deyildir. Əzilən xalqlar olaraq, birlikdə olmaq məcburiyyətindəyik" deyib.

Səlahəddin Dəmirtaş daha sonra xalqların qarşılıqlı hörmət prinsipinə riayət etməli olduğunu da söyləyib:

"Ötən gün Adıyamanda həyatını itirən əsgər də, polislər də bu xalqın övladıdır. Ceylanpınarda qətl edilən polislər əzilən xalqın əməkçilərin uşaqlarıdır. Əgər bu ölkə hər birimizin doğma vətənidirsə, bir-birimizin dilinə, mədəniyyətinə, yaşam tərzinə, inancına hörmət etməliyik".

Eyni zamanda S.Dəmirtaş prezident R.T.Edoğanın və baş nazir Ə.Davudoğlunun ittihamlarına da cavab verib:

 "Bu durumdan siyasi danışıqları öz xeyrimizə çevirmək üçün istifadə edəcəyimizi düşünənlər bilməlidirlər ki, vəziyyət sizin söylədiklərinizdən də daha ciddidir. Kaş ki 32 gəncimiz, əsgər və polisimiz həyatını itirməyəydi. Biz bunun üçün həyatımızı ortaya qoymağa hazırıq. Mövcud iqtidarın İŞİD ilə əlbir olduğu düşünülürsə, buna görə biz günahkar deyilik. Bu gənclər sizin günahlarınız üçün yox, sizin günahlarınıza görə öldülər”.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA