İngiltərə qəzetindən iddia: “Suruçdakı terror Ərdoğana xəbərdarlıqdır”

img

22-07-2015 [15:49]


İngiltərənin "Times” qəzeti Türkiyənin Suruç bölgəsində baş verən terror hadisəsindən yazıb. 

"Cəbhədə qətliam” başlıqlı yazıda 32  insanın ölümü ilə nəticələnən bu hadisə təhlil edilib. Qəzet bu hadisənin "Ərdoğan üçün xəbərdarlıq” olduğu qənaətindədir.

Hadisənin İŞİD tərəfindən törədildiyi ehtimalı üzərində dayanan müəllif bu hadisənin son dönəmdə Ərdoğanın yeritdiyi siyasətə cavab olduğunu deyir.

Müəllif öz yazısında Ərdoğana məsləhət də verir: "Ərdoğan İŞİD-ə qarşı dirəniş göstərə biləcək tək güc olan kürdlərlə işbirliyi qurmalıdır”.

Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA