19-07-2015 [21:39]
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız "Türk axını" ilə bağlı mühüm açıqlama verib.
Belə ki, Türkiyə tərəfi və "Qazprom" şirkəti arasında Rusiya təbii qazının Ukraynadan yan keçməklə Avropaya çatdırılması planlaşdırılan "Türk axını" layihəsi ilə bağlı aparılan danışıqlara münasibət bildirən Taner Yıldız bəyan edib ki, rəsmi Moskva bu layihədə Türkiyəni sadəcə tranzit ölkə kimi görür.
"Bunun isə bizim üçün heç bir mənası yoxdur. Biz təbii qazın birgə çatdırılması sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılaşma əldə olunmuşdu, lakin Rusiya geri çəkildi”, - Taner Yıldız bildirib.
Nazirin sözlərinə görə, "Türk axını" layihəsi həm Moskvanın, həm də Ankarının maraqlarına cavab verməlidir:
"Bizim maraqlarımızı təhdid edən güzəştlərə getməyəcəyik. Problem təbii qazın güzəştlərlə verilməsi ilə həll oluna bilməz".
Xatırladaq ki, "Türk axını" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar Rusiyanın "Cənub axını" layihəsi üzrə inşaat işlərinin dayandırılmasından sonra verilmişdi. Rusiya prezidenti Vladimir Putin 2014-cü il dekabr ayında Ankaraya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Putin Ukrayna böhranı ilə bağlı Avropa Birliyinin mövqeyinə görə Ankarada bəyan etmişdi ki, "Türk axını" layihəsi həyata keçiriləcək.
Yunansıtan "Türk axını"na qoşulmaqda tərəddüd etsə də, sonra Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzaladı.
Razılaşmasının əldə olunması üçün Putin Yunanıstanın baş naziri Aleksis Tsiprasla birbaşa danışıqlar aparmışdı.
"Türk axını" vasitəsilə bir il ərzində 60 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub(ANS).
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının açılış mərasimində iştirak edir - (YENİLƏNİB)
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
Prokuror Arif Alışanovun həbsdə olan qardaşı oğluna cəza istəyib
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib
Prezident İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşüb - FOTO
İsrailin Qəzzaya gecə hücumu: 73 nəfər ölüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib - FOTOLAR
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb
Ərdoğandan F-35-lərlə bağlı açqılama: "Biz onlara dedik ki, pulu verdik, niyə vermirsiniz?"
İsrail Qəzzanın mühasirəsini yarmaq istəyən gəmiyə əl qoydu - Könüllülər saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə..." - Prezident "Qarabağ"ı təbrik edib
Elvin Cəfərquliyev matçın ən yaxşı oyunçusu elan edilib - Mətbuat konfransı niyə gecikib?
Bakının 4 rayonunun bəzi ərazilərinə təbii qaz olmayacaq
Çempionlar Liqası: "Qarabağ" 2-ci qolu da atdı, lider kürsüsünə yüksəldi (CANLI YAYIM)
Əməkdar artist Türkiyəyə göndərilib - Heydər Əliyev Fondu Ehtiram Hüseynov müalicəsini nəzarətə götürüb
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub
Sabiq xidmət rəisinə hökm oxundu - Məhkəmə prosesi