Prezident qəzaya düşdü - Fotolar

img

16-07-2015 [10:15]


Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa – Moqilyov yolunda yol-nəqliyyat hadisəsinə düşüb.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçiləri xəbər yayıb. Qəza iyulun 7-də yerli vaxtla saat da 21.00-da Lukaşenkonun Aleksandriya şəhərindən Minskə qayıtdığı zaman baş verib.

"Prezident kortejinin qarşısına yüksək sürətlə BMW avtomobili çırpılıb. BMW kortejdə olan avtomobillərdən ("Mersedes" mikroavtobusu) birinə dəyib. Maşında olan sərnişinlərin bir çoxu ciddi zərər çəkib.Çünki maşın bir neçə dəfə çevrilib", - deyə bildirilir. 

BMW sürücüsü barəsində cinayət işi qaldırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA