Saakaşvilidən daha bir sərt addım - 6 idarəni ləğv etdi

img

14-07-2015 [12:43]


Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili administrasiyanın altı idarəsini ləğv edib.

Bu barədə vilayətin mətbuat xidmətinin əməkdaşı Yuri Jarov jurnalistlərə məlumat verib.   
Onun sözlərinə görə, ictimaiyyətlə əlaqələr, şəhərsalma və memarlıq, bədən tərbiyəsi və idman, ailə və gənclər, informasiya siyasəti və mədəni irsin qorunması şöbələri ləğv olunub(moderator.az).   

Qeyd edək ki, Saakaşvili bundan öncə administrasiyanın daxili audit və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət idarələrini ləğv etmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA