Baş naziri daşa basdılar: eynəyi sındı, təpik vuruldu (VİDEO, FOTOLAR)

img

11-07-2015 [20:49]


Bosniyada 20 il əvvəl baş verən Srebrenitsa kütləvi qırğın qurbanlarının xatirəsini anmaq üçün matəm mərasimləri keçirilib. 

"Qafqazinfo” daily mail-ə istinadən xəbər verir ki, matəmdə Serbiyanın baş naziri Aleksandar Vuçiç də iştirak edib. Srebrenitsa abidəsinə çiçək qoyan baş nazirə ayaqqabı, daş və şüşə atılmağa başlanılıb. Aleksandar Vuçiç eyni zamanda matəm iştirakçılarının arasından keçərkən dəhlizdə təpiklərə məruz qalıb, onun eynəyi sınıb. Mühafizəçilər baş naziri çətir və çantalarla qorumağa çalışıb. 

Mövzuyla əlaqədar Sebriya xarici işlər naziri Ivica Daciç açıqlama verib. O, baş nazirin tam bir dövlət adamı kimi hərəkət etdiyini, bu məsələnin siyasiləşməsinin mənasız olduğunu bildirib.
 










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA