Saakaşvili kimi "baqaj"a qoydu? - Prezdentə hesabat

img

09-07-2015 [17:55]


Ukrayna Prezidenti Pyotr Poroşenko ölkə qubernatorları ilə görüş keçirib.  

Mia.az Axar.az-a istinadən xəbər verir ki, görüşdə Xarkov, Dnepropetrovsk, Lvov və Odessa vilayətinin qubernatorları və infrastruktur naziri iştirak edib.

İclasda gömrük problemlərinə xüsusi diqqət ayırılıb.   Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili isə görüşdə çıxış edərək qaçaqmalçılıqla bağlı deyib:  

"Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin sabiq müavini Yuri Artyuxov (bu ilin fevralında vəzifəsindən azad olunub) Odessada qaçaqmalçıları himayə edirdi”.  

Poroşenko isə öz növbəsində qaçaqmalçılarla mübarizənin gücləndiriləcəyini bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA