Yunanıstana 5 gün vaxt verildi - Merkelden ultimatum gəldi

img

08-07-2015 [12:11]


Yunanıstanda keçirilən referendumdan sonra təcili toplantı keçirən Avropa liderləri yunan hökumətinə cümə axşamına kimi vaxt verib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Avropa liderləri iyulun 12-də Yunanıstanda son dəfə toplanıb yekun qərar verəcəklər.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, Yunanıstan hökuməti cümə axşamına qədər Avropa İttifaqına son təkliflərini verməlidir. Almaniya baş naziri Angela Merkel də 12 iyulda Yunanıstanın xilası üçün ya "yox”, ya da "hə” deyiləcəyini bəyan edib. Merkel deyib ki, heç bir halda Yunanıstanın borclarının silinməsi məsələsi müzakirə mövzusu deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA