Ərdoğan nazirlərlə vidalaşır

img

06-07-2015 [13:19]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin toplantısında hökumət üzvləri ilə vidalaşacaq.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beştəpədə keçiriləcək görüşdə R.T. Ərdoğan həmçinin hökumət üzvlərindən halallıq istəyəcək. 

Bundan əlavə, Nazirlər Kabinetinin bugünkü toplantısında Suriyadakı hadisələr, sərhəddəki son vəziyyət və Türkiyənin təhlükəsiz bölgə qurmaq şansları dəyərləndiriləcək

Qeyd edək ki, Ərdoğan bundan əvvəl yanvarın 19-da, ən son isə aprelin 20-də kabinetin toplantısına başqanlıq edib.

Əgər koalisyon hökuməti qurularsa, bugünkü görüş Ərdoğanın başqanlıq etdiyi son Nazirlər Kabineti toplantısı olacaq.

İclasdan sonra hökumət üzvlərinə iftar yeməyində bir araya gələcək Ərdoğan baş nazirin köməkçiləri Bülənt Arınç, Ali  Babacan, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Kənd təsərrüfatı naziri Mehdi Əkər,  Çalışma və sosyal Güvənlik naziri Faruk Çeliklə vədalaşacaq və onlardan bir  daha halallıq istəyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA