Təhsil İdarəsinin rəisi saxlanıldı - Korrupsiya faktı

img

06-07-2015 [12:28]


Dağıstanda Dərbənd Təhsil İdarəsinin rəisi Nadir Kazımov ötən gün hüquq mühafizə orqanaları əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın "Dagestanpost”a stinadən verdiyi məlumata görə, o, büdcədən 47 milyon rubl mənimsəməkdə təqsirli bilinir. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
 
İstintaqın ilkin nəticəsinə görə, Nadir Kazımov mühasib və xəzinədarla əlbir olaraq əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı olan borclar haqqında təftiş orqanlarına yalnış məlumat verib.
 
Nadir Kazımov azərbaycanlıdır. 
 
Qeyd edək ki, N. Kazımovun qardaşı, Dərbənd şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin rəis müavini Elxan Kazımov da iyunun 30-da tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA