"Demokratiya şantaja baş əymədi" - Baş nazir xalqa səsləndi

img

06-07-2015 [09:16]


Yunanıstanın baş naziri Aleklsis Tsipras referendum nəticələrinin "yox" çıxmasından sonra xalqa səslənib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Yunanıstanda demokratiyanın şantaja boyun əymədiyini deyib və əlavə edib ki, ölkə tarixində yeni səhifə açılıb:

"Bu gün demokratiyanın şantaja baş əyməyəcəyini sübuta yetirdik. Yunan xalqı çox cəsarətli addım atdı. Xalq problemin həlli yolunu tapmağımızı istəyir. Mən də vaxt itirmədən bu iradəyə xidmət edəcəyəm". 

Baş nazir deyib ki, yunan xalqı Avropada qalmaq və ya çıxmaq üçün səs verməyib:

"Bu sualı tamamilə ortadan götürmək lazımdır. Yunanıstan sabah bank sisteminin düzəldilməsi üçün masa ətrafında oturacaq.  Yunanıstanın borcu da artıq sövdələşmə masasında olacaq". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA