Xəzər dənizi sahilinin məişət tullantılardan təmizlənməsi mövzusunda layihə

img

03-07-2015 [14:44]


Eko Aləm İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi "Xəzər dənizi sahilinin məişət tullantılardan təmizlənməsi-sağlam mühit, sağlam uşaqlar mövzusunda təbliğat və təşviqatın aparılması” layihə çərçivəsində Nabran - Müqtədir İnzibati Ərazi Vahidliyinin Xəzər dənizi sahilyanı ərazilərində əhalisinin ümumi istifadəsində olan ərazilərdə manitorinq keçirtmişdir. Monitorinqin aparılmasının əsas məqsədi sahilyanı ərazilərin məişət tullantıları ilə əsasən də plastik qablarla kirlənməsini araşdırmaqdır. Kirlənmə- hər hansı mühitə yeni və ona xass olmayan fiziki, kimyavi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və toppaqdır. Kirlənmənin dolayı obektləri kirlənmə qurbanları olan bitkilər, heyvanlar və mikroorqanizmlərdir. Azərbaycanda ətraf mühitin plastik tullantılarla Kirlənməsi (xüsusən bu qida maddələri istehsalı zamanı istifadə edilən plastik taralar, torbalar, butulkalar və s.) ekoloji problemi mövcuddur. Bu plastik qablarda istehsal edilən qida maddələri uşaqlar tərəfindən sevilərək istifadə edilir. Bu istifadə edilmiş qablar ətraf mühitə atılır və onlar çürümədiyindən ekosistemlər üçün ciddi təhlükə yaradaraq, ətraf mühiti kirləndirir. Bu problemin həlli istehsalçılar və istehlakçılarla aparılan ciddi ekoloji maarifləndirmədən asılıdır. Bu isə QHT- lərin ekoloji maarifləndirmə sahəsində fəaliyyətlərinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir.

Manitorinq işi zamanı vizual müşahidələr aparılmış, foto şəkillər, vidio çəkilişlər və qeydlər edilmişdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR