Məhkəmə qərar verdi, parlament seçkisinin tarixi dəyişdi

img

01-07-2015 [17:15]


Rusiya Konstitutsiya Məhkəməsi Dövlət Dumasına keçirilən seçkilərin vaxtının 2016-cı ilin dekabrından sentyabr ayına keçirilməsi barədə qərar verib.

Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, parlament seçkilərinin qanunvericilklə nəzərdə tutulduğundan 3 ay tez keçirilməsi barədə təklifi Federasiya Şurası məhkəməyə təqdim edib. 

İyunun 24-dən dəyişikliyi nəzərə alan  Konstitutsiya Məhkəməsi qərarın ölkə konstitusiyasına zidd olmadığı barədə qərar verib.  
 
Qərarı aparıcı Duma fraksiyaları – "Vahid Rusiya”, "Ədalətli Rusiya” və "Liberal Demokrat” partiyaları dəstəkləyib.  Yalınz Kommunist Partiyası bu təşəbbüsün əleyhinə çıxıb.  
 
Hesab olunur ki, 2016-cı il dekbarın 4-də keçirilməli olan seçkilərin sentyabr ayına qədər gerilənməsi köhnə seçki vaxtının Rusiyanın 2016-cı il dövlət büdcə layihəsinin müzakirəsi ilə üst-üstə düşməsinə görədir.  
 
Seçki vaxtı dəyişdirildikdən sonra büdcə laiyhəsini dekabrda yeni tərkibdə seçilmiş Duma müzakirə edə biləcək.  
 
Sonuncu Duma seçkiləri 2011-ci il dekabrın 4-də baş tutub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA