İrandan Türkiyəyə şok hədə: "Raketlərlə vuracağıq" - "Wikileaks"in məxfi sənədi

img

01-07-2015 [01:10]


"Wikileaks" İranın Türkiyəni təhdid etməsi ilə bağlı yeni sənəd yayıb.

 Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyindən Xarici İşlər Nazirliyinə göndərilən məktubda bildirilir ki, İran Türkiyənin Suriyada müxalifləri dəstəkləməkdən imtina etməыш üçün rəsmi Ankara ilə dəfələrlə müzakirələr aparıb.

Wikileaks-in yaydığı sənəddə diqqət çəkən məqam isə İranın Türkiyəni raketlərlə vurmaqla hədələməsidir. Rəsmi Tehran bəyan edib ki, Türkiyə hərbi hava qüvvələri Suriyanı vurmağa cəhd edərsə, Türkiyə İran raketlərinin hədəfinə çeviriləcək.

Rəsmi yazışmaları mediaya sızdırmaqla tanınan Wikileaks ötən həftələrdə Səudiyyə Ərəbistana aid 60 000 gizli sənədi yayımlayıb.

Wikileaks-in sənədləri bu ərəfədə yayımlaması təsadüfi görünmür. Çünki son günlər Türkiyə - Suriya sərhədində gərginlik yaşanır. Türkiyə Silahlı Qüvvələri tankları Suriya sərhədinə cəmləyib(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA