26-06-2015 [18:57]
Rusiyanın şimal-qərbində bu ilin martında keçirilən qəfil və irimiqyaslı hərbi manevrlərin dörd ölkənin ərazisini ələ keçirmək üçün məşq olduğu üzə çıxıb.
Bu barədə Avropa Siyasi Analiz Mərkəzinin (CEPA) eksperti Edvard Lukas bildirib.
"Yeni soyuq müharibə: Kreml Rusiyanı və Qərbi necə təhdid edir” adlı kitabın müəllifi olan mütəxəssis bu barədə özünün "Yaxınlaşan qasırğa” adlı hesabatında bəhs edir.
Hesabatda bildirilir ki, həmin manevrlərdə "şərti düşmən” adı altında əslində Finlandiya, İsveç, Danimarka və Norveç nəzərdə tutulub. Rusiya qoşunları həmin ölkələrin konkret regionlarını - Finlandiyanın Aland adalarını, İsveçin Gotland adalarını, Danimarkanın Bornholm əyalətini və Norveçin şimalını tutmağı məşq ediblər.
E.Lukasın məlumatlarına görə, hərbi manevrlərdə 33 min hərbçi iştirak edib. Bu cür qəfil və irimiqyaslı hərbi manevrlər NATO rəhbərliyini narahat edib. Baş katib Yens Stoltonberq manevrləri "dünyada stabilliyə təhdid” adlandırıb və onun xəbərdarlıqsız keçirilməsindən narazılıq bildirib.
Ekspert qeyd edir ki, Rusiyanın həmin ssenarisinin həyata keçirilməsi cəmi bir neçə saata NATO-nun hərb tarixinin ən uğurlu hərbi ittifaqı imicini darmadağın edərdi. Eyni zamanda ABŞ-ın Avropanın təhlükəsizliyinin qarantı olduğu barədə təsəvvürləri heçə endirərdi.
E.Lukasın sözlərinə görə, Avropanın şimal ölkələri dağınıqdır, vahid blokda çıxış etmir. Kimisi NATO-nun üzvüdür, kimisi yox. Bəzisi Avropa İttifaqının üzvüdür, bəzisi avtonom qalmağa üstünlük verir.
Hesabatda həmçinin deyilir ki, ötən ilin iyununda Rusiya təyyarələri Danimarkanın Bornholm əyalətinə hücumu məşq ediblər.
Bu ilin martında isə Rusiyanın Danimarkadakı səfiri Mixail Vanin Kopenhagenin Avropada raketdən müdafiə sistemlərinə qoşulmaq planlarına çox sərt reaksiya verib. Bildirib ki, bu addım Danimarkanı Rusiyanın nüvə silahlarının qanuni hədəfinə çevirəcək.
Mart ayında keçirilən qəfil manevrlərdə Rusiya aviasiyası və donanması, hava-desant qüvvələri iştirak edib. Desantçılar şimal qütbünə endirilib və orada "şərti düşmənlə tanış olmayan meydançada” döyüş aparıb.
Bundan əvvəl xüsusi təyinatlı kəşfiyyat-desant qüvvələri şərti düşmənin arxasına endirilib və desant qruplaşmalarının qəbul edilməsi üçün ərazi ələ keçirib.
Virtualaz.org
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir
Sabahın hava proqnozu açıqlanıb
İlham Əliyev Kopenhagendə "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının açılış mərasimində iştirak edir - (YENİLƏNİB)
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
Prokuror Arif Alışanovun həbsdə olan qardaşı oğluna cəza istəyib
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib
Prezident İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşüb - FOTO
İsrailin Qəzzaya gecə hücumu: 73 nəfər ölüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib - FOTOLAR
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb
Ərdoğandan F-35-lərlə bağlı açqılama: "Biz onlara dedik ki, pulu verdik, niyə vermirsiniz?"
İsrail Qəzzanın mühasirəsini yarmaq istəyən gəmiyə əl qoydu - Könüllülər saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə..." - Prezident "Qarabağ"ı təbrik edib
Elvin Cəfərquliyev matçın ən yaxşı oyunçusu elan edilib - Mətbuat konfransı niyə gecikib?
Bakının 4 rayonunun bəzi ərazilərinə təbii qaz olmayacaq
Çempionlar Liqası: "Qarabağ" 2-ci qolu da atdı, lider kürsüsünə yüksəldi (CANLI YAYIM)
Əməkdar artist Türkiyəyə göndərilib - Heydər Əliyev Fondu Ehtiram Hüseynov müalicəsini nəzarətə götürüb
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub
Sabiq xidmət rəisinə hökm oxundu - Məhkəmə prosesi