Dəniz Baykal spiker oldu - Türkiyədə andiçmə başladı

img

23-06-2015 [18:05]


Türkiyə Böyük Millət Məclisində yeni dövr başlayır. Mia.az xəbər verir ki, ANS Press-in məlumatına görə, yeni seçilən millət vəkilləri bu gün and içməyə başlayıblar.

Mərasimdən öncə Türkiyənin İstiqlal marşı oxunub.

Ən yaşlı deputat kimi müvəqqəti parlament rəhbəri olan Deniz Baykal çıxış edib.

"İndi yeni parlament ilə qarşı-qarşıyayıq. Məclis bir-birinə hörmət etməyə məcbur olan insanlardan, ancaq əl-ələ verərsə, qol-qola girərsə irəliləyə biləcək olan insanlardan ibarətdir. Xalqımızın istəyi belə oldu. Uzlaşmanın təməlində hüquq, əxlaq, vətənpərvərlik olacaq".

Çıxışdan sonra ilk olaraq D.Baykal and içib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA