MHP Davudoğluna qapılarını bağladı

img

13-06-2015 [13:30]


MHP-nin 3-cü dəfə Konyadan millət vəkili seçilən üzvü Mustafa Qalayçı partiya binasında təşkil etdiyi mətbuat konfransında seçkinin nəticələrini dəyərləndirib. 

Avropa.info xəbər verir ki, Türk millətinin bütün maneələrə baxmayaraq azad iradəsini sandıqda göstərdiyini söyləyən Qalayçı AKP üçün sonun başlanğıcının göründüyünü, Türkiyədə yeni bir siyasi ortam meydana çıxdığını bildirib. 

O, bütün siyasi partiyaların milli iradənin verdiyi mesajı diqqətlə dəyərləndirməli olduğunu bildirib:

"Türkiyənin böhrana və xaosa doğru getməsinin qarşısını almaq lazımdır. MHP-nin mövqeyi aydın, görüşləri və istinad etdiyi yer də məlumdur. AKP kürd probleminin həlli məsələsindən güzəştə getməyəcəyini bildirdiyi üçün koalisiya qura biləcəyi partiyalar HDP ilə CHP-dir. Bu müzakirə olunmaz bir həqiqətdir. AKP həqiqətən MHP ilə koalisiya qurmaq istəyi varsa, bizim ölkəmiz və millətimiz üçün zəruri gördüyümüz şərtlər bəllidir. Kürd probleminin həlli prosesinin ləğvi, 17- 25 dekabr rüşvət və korrupsiya sənədlərinin Konstitusiya Məhkəməsinə  göndərilməsi və prezident üçün konstitusiyada nəzərdə tutulan səlahiyyətlərin saxlanması".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA