Dəniz Baykaldan koalisiya açıqlaması- Ərdoğanla görüş başa çatdı

img

10-06-2015 [17:23]


Dəniz Baykalla Ərdoğan arasında görüş az öncə başa çatıb. Görüş 2 saat davam edib.  

Bu barədə  Dəniz Baykal jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Türkiyə prezidenti bütün koalisiya modellərinə açıqdır:

"Özəl bir tələbi yoxdu. Ərdoğanla görüşdə parlamentin gələcək işləri barədə müzakirə apardıq. Parlamentə müvəqqəti sədrlik edəcəm. Görüş zamanı koalisiya barədə danışıqlar olmadı. Çünki bu məsələ partiya sədrlərinin səlahiyyətinə aiddir. Hər ikimiz də ölkədəki qeyri-müəyyənlik dövrünün tez bir zamanda sona çatması barədə həmfikir olduğumuzu bildirdik. Ərdoğanın hər cür koalisiyaya açıq olduğunu sezdim. Müxalifətin koalisiyasına da müsbət yanaşır. Əgər partiyalar arasında siyasi razılıq əldə olunarsa, koalisiyaya qarşı çıxmayacaq. Erkən seçki çıxış yolu deyil, mütləq koalisiya qurulmalıdır”.   

Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA