Sisi Mursinin edamından danışdı: "Mən nə edə bilərəm ki?"

img

04-06-2015 [00:14]


Misirin eks-prezidenti Məhəmməd Mursi haqda ölüm hökmündən şikayət ediləcək, hələ qarşıda uzun hüquqi prosedurlar var. 

Musavat.com-un xariciv KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin indiki başçısı, iki il öncə hərbi çevrilişlə hakimiyyəti ələ keçirmiş Əbdül Fəttah əs-Sisi Berlində, Almaniya kansleri Angela Merkellə birgə ikitərəfli danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib. 

"Mən almanların, bütövlükdə avropalıların ölüm hökmləri ilə bağlı mövqeyinə anlayışla yanaşıram. Onu demək istəyirəm ki, bu, yalnız birinci instansiyanın məhkəməsidir. Bunun ardınca uzun prosedurlar olacaq. Mən prosedurlarla bağlı zamanı qabaqlaya bilmərəm. Mən nə edə bilərəm ki? Qoy hər şey öz vaxtında və münasib şərtlər altında olsun”, – deyə Sisi alman jurnalistin "Mursi nə vaxt edam edilə bilər” sualını cavablandırarkən söyləyib.
Sisi:


Xatırladaq ki, Məhəmməd Mursi haqda Misir məhkəməsi ölüm hökmü çıxarsa da, prosedura əsasən, hökmü ölkənin  baş müftiliyi təsdiqləməlidir. Müftilik isə məsələyə baxmağı iyunun 16-dək təxirə salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA